DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yük daşıyan növbəti gəmilər Ukrayna limanlarını tərk edib

Gəmilər İstanbulda lövbər salacaq və orada birgə koordinasiya mərkəzinin nümayəndələri tərəfindən yoxlanılacaq.
Sputnik
BAKI, 7 avqust - Sputnik. İstanbul razılaşmaları çərçivəsində kənd təsərrüfatı məhsulları daşıyan quru yük gəmilərinin daha bir qrupu Ukrayna limanlarını tərk edərək İstanbula yola düşüb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Altı min ton günəbaxan yağı daşıyan “Mustafa Necati” gəmisi İtaliyaya doğru gedir. Qırx beş min ton günəbaxan toxumu daşıyan "Star Helena" Çinə yollanır. Altımış altı min ton qarğıdalı olan "Gloriya" gəmisi İstanbula gəlir. Qırx dörd min ton qarğıdalı daşıyan “Riva Wind” gəmisi İsgəndəruna gedir”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Gəmilər İstanbulun şimalında lövbər salacaq və burada Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq. Eyni zamanda "ərzaq müqaviləsi" çərçivəsində Ukraynanı tərk edən ilk gəmi olan "Razoni"nin avqustun 9-da son təyinat məntəqəsinə - Livan Tripolisinə çatması planlaşdırılır.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
DÜNYA XƏBƏRLƏRİ
Hərbçilərin humanitar anlaşması: Sabah Ukrayna limanlarından dörd taxıl yüklü gəmi çıxacaq