HƏRBİ

İranın hərbi gəmiləri Bakıya gəlib

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan ərazisində keçiriləcək. Hazırda 37 ölkədən 275 komanda Ordu Oyunlarında iştirakını təsdiqləyib.
Sputnik
BAKI, 7 avqust - Sputnik. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 7-də Bakıya gəliblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
İranın hərbi gəmiləri Bakıya gəlib
Xatırladaq ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti də ölkəmizə gəliblər.
Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan). İlk dəfə olaraq Cənubi Amerika materikində oyun yarışlarından biri keçiriləcək. "Snayper zona" yarışı Venesuelaya həvalə olunub. Hazırda 37 ölkədən 275 komanda Ordu Oyunlarında iştirakını təsdiqləyib. Oyunlarda ilk dəfə Niger və Ruanda komandaları iştirak edəcək.
Ordu Oyunları çərçivəsində artıq səkkiz ölkədən dağ birləşmələrinin doqquz komandasının iştirak etdiyi "Sayan marşı" beynəlxalq qış yarışı keçirilib. Rusiya kişilərdən ibarət komanda ilə yanaşı, qadınlardan ibarət komanda ilə də təmsil olunub.
HƏRBİ
Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib