BAKI, 7 avqust - Sputnik. Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi Oyunları davam edir. Azərtac-ın xəbərinə görə, mükafatlara namizədlərdən sayılan qadın həndbolçulardan ibarət millimiz ilk oyunda Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib meydana çıxmadığından millimizin aktivinə qələbə yazılıb.
Avqustun 9-da Əfqanıstan seçməsi ilə üz-üzə gələcək komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.
Xatırladaq ki, Konyada keçiriləcək mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.