BAKI, 7 avqust - Sputnik. Gün ərzində FHN əməkdaşları tərəfindən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən ”Görədil” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində, "Bilgəh", “Görədil” və "Astara" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.