BAKI, 7 avqust - Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov İsveçrə çempionatının oyununda fərqlənib. İsveçrənin milli çempionatının dördüncü turunun oyununda azərbaycanlı futbolçu Renat Daaşovun şərəfini qoruduğu "Qrasshoppers" klubu "Sent Qallen"i qəbul edib.
Görüş Dadaşovun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycanlı futbolçu meydana start heyətində daxil olaraq, qol ötürməsi edib ki, bunun da nəticəsində komandası matçda ikinci qolu vurub. O, matçın 90-cı dəqiqəsində əvəzlənib.
İsveçrə çempionatının dörd turundan sonra "Qrasshoppers" yeddi xal toplayıb və turnir cədvəlində üçüncüdür. Çempionatda səkkiz xalı olan "Servette" klubu liderdir.
Ağdam təmsilçisi “Qarabağ”ın sabiq rəqibi “Sürix” Çempionlar Liqasının seçmə mərhələsində 1 xalı var və sonuncu onuncu pillədə qərarlaşıb. Xatırladaq ki, ağdamlılar iki görüşün yekunu ilə isveçrəlilərə qalib gəlib - 3:2, 2:2.