BAKI, 6 avqust - Sputnik. Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.
Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Azərbaycan Ordusunun nəzarətinə keçən Buzdux dağında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
Xatırladaq ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki son vəziyyətlə bağlı məlumat yayıb.
Məlumatda deyilirdi ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Avqustun 4-dən 5-nə keçən dövr ərzində 9 belə hal qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.