RUSİYA

Putin və Ərdoğan arasında danışıqlar başa çatıb

Rusiya Prezidenti “Türk axını”nı Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biri adlandırıb.
Sputnik
BAKI, 5 avqust - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan arasında Soçidə danışıqlar başa çatıb. Rusiya KİV-lərinin məlumatına görə, iki liderin “Rus” sanatoriyasının ərazisində keçirilən görüşü 4 saatdan artıq davam edib.
Jurnalistlərə görüşün başlanğıcı göstərilib, daha sonra ünsiyyət mediaya qapalı rejimdə davam edib.
Söhbətin əvvəlində Putin türkiyəli həmkarına Ukraynadan taxıl tədarükü və Rusiya ərzaq və gübrələrinin dünya bazarlarına fasiləsiz çatdırılması məsələsinin həllində şəxsən iştirakına görə təşəkkür edib.
Rusiya Prezidenti onu da qeyd edib ki, “Türk axını” normal və nasazlıqla işləyir və bu gün Avropanı Rusiya Federasiyasından qazla təmin edən ən mühüm arteriyalardan biridir.
Bundan əlavə, Putin iki ölkə arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib.
O, həmçinin əlavə edib ki, görüşdə Suriya mövzusu da yan keçməyəcək. Ərdoğan da öz növbəsində bildirib ki, liderlər əməkdaşlıq məsələlərində yeni səhifə açmalıdırlar.
O, bura enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələləri daxil etdiyini izah edib.