RUSİYA

Peskov Fransanı Rusiya əleyhinə hərəkətlərə görə dost olmayan dövlət adlandırıb

Kremlin sözçüsü Putin və Makron arasında mümkün söhbətdən danışıb/
Sputnik
BAKI, 5 avqust — Sputnik. Fransa müxtəlif anti-Rusiya hərəkətlərinə görə dost olmayan dövlətdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paris və Moskva arasındakı münasibətləri şərh edərkən söyləyib.
"Fransa ölkəmizə qarşı etdiyi hərəkətlərə görə dost olmayan dövlətdir", - deyə Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında əlaqənin baş tutacağı təqdirdə məlumat verəcəyini vəd etmişdi.
"Onlar bir-birlərinə zəng etmirlər, çünki indiyə qədər bu anın gəlmədiyini və hazırda da bunun, sadəcə, lazım olmadığını hesab edirlər. Belə bir zərurət yaranarsa, onlar istənilən an zəngləşə biləcəklər", – deyə Peskov avqustun 5-də cümə günü keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, Makron, bundan əvvəl Rusiyanın Afrikada diplomatik və hərbi əlaqələrinin genişlənməsindən narahat olduğunu bildirib. Fransa lideri afrikalıları Moskva ilə yaxınlaşdıqlarına görə ikiüzlü adlandırıb.