SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Londondakı Azərbaycan səfiri Bakıya gəlib və radikalların hücumunu barbarlıq adlandırıb

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Londonda fəaliyyət göstərən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcasınadır.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Britaniya səfirliyi ötən gün Azərbaycan Respublikasının Londondakı səfirliyində baş verən insidentlə bağlı açıqlama yayıb.
Səfirlikdən bildirilib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.
Səfirlik qeyd edib ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır:
"Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır".
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Twitter" hesabında bildirib ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır:
"Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməz və barbarcasınadır. Bu, diplomatik binanın toxunulmazlığı prinsipini birbaşa pozdu. Mən hazırda Bakıdayam və şadam ki, bizim həmkarlarımız təhdidə rəğmən təhlükəsizlikdədirlər".
SİYASƏT
Britaniya Azərbaycan səfirliyində baş verənləri pislədi: 8 təxribatçı həbs edilib