Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində gənclər təşkilatlarının iştirakı ilə “Gənclərlə iş: perspektivlər və prioritetlər” mövzusunda dəyirmi masa keçirilib.
"Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Məhəmməd Məmmədovun sözlərinə görə, dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm rol oynayır.
O bildirib ki, bu gün Azərbaycan gəncliyi ictimai, siyasi, humanitar və iqtisadi sahələrdə kifayət qədər fəaldır. Ona görə də ölkə rəhbərliyinin bu sahəyə geniş marağı vardır.
“Gənclərin inkişafına dəstək" ictimai birliyi ölkənin milli inkişaf proqramlarında, milli prioritet təşkil edən istiqamətlərdə fəaliyyətini daha da gücləndirir. Sonrakı dönəmlərdə gənclər üçün müxtəlif beynaxalq layihələrin təşkilini və icrasını təmin edəcəyik”, - deyə Məmmədov fikirlərini tamamlayıb.