DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT "vahid Çin" siyasətinə sadiqdir - Quterreş

Pelosinin çərşənbə axşamı Tayvana etdiyi səfər bu ada ətrafındakı vəziyyəti daha da gərginləşdirib.
Sputnik
BAKI, 4 avqust — Sputnik. BMT "vahid Çin" siyasətinə sadiqdir. Bunu BMT-nin baş katibi Antonio Quterreş ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana son səfərini şərh edərkən bəyan edib.
"Son hadisələrlə bağlı bizim mövqeyimiz çox aydındır - biz BMT Baş Assambleyasının qətnamələrini, "vahid Çin" siyasətini rəhbər tuturuq. Və biz bütün gördüyümüz işlərdə bunu rəhbər tuturuq", - deyə "RİA Novosti" agentliyi Quterreşin sözlərinə istinadən yazır.
Çərşənbə axşamı Taybey hava limanına uçan Nensi Pelosi çərşənbə günü Tayvanın aparat rəhbəri Tsay İnvenlə, Tayvan parlamentinin vitse-spikeri və demokratiya tərəfdarları ilə görüşlər keçirib. Daha sonra o, Cənubi Koreyaya uçub.
Pelosinin səfəri 19 saat 20 dəqiqə davam edib. Nəticədə ada ətrafında vəziyyət xeyli gərginləşib. Çin ordusu genişmiqyaslı canlı atəş təlimləri elan edib. Pekin iki Tayvan fonduna sanksiya tətbiq edib. Çin tərəfindən Adaya təbii qum ixracı, üstəlik, Tayvandan sitrus meyvələri və müəyyən növ balıq məhsullarının idxalı dayandırılıb. Çin Xarici Nazirlik bildirib ki, Çin qəti və sərt tədbirlər görmək niyyətindədir. Çin, həmçinin bir neçə aydır Pekinin qarşı çıxdığı səfərin bütün mənfi nəticələrinin qarşıda olduğunu və buna görə Vaşinqton və Taybeyin məsuliyyət daşıyacağını açıqlayıb.