QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Alban-Udi xristian icmasının üzvləri Hadruta səfər ediblər

Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Alban-Udi xristian dini icmasının üzvlərinin işğalından azad edilən ərazilərə növbəti səfəri başlayıb.
İcma üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən "Ağ xaç" kilsəni ziyarət ediblər.
Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər.
İcma üzvləri kilsədə dini ayin icra edib, şam yandırıblar.
Qeyd edək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir.
CƏMİYYƏT
Alban-Udi Xristian Dini İcması: Arzu edirik ki, torpaqlarımızda bir daha müharibə olmasın