İQTİSADİYYAT

Qlobal iqtisadiyyat tənəzzülün astanasında: Bakı üçün risklər və üstünlüklər

Əksər maliyyə institutları dünya iqtisadiyyatı üçün tənəzzül proqnozlaşdırır - lakin bir çox ölkələrdə əsas makroiqtisadi göstəricilər yaxşıdır. Azərbaycanın tənəzzülü mənfəətə necə çevirəcəyi barədə - Sputnik Azərbaycan-ın materialında
Sputnik
BAKI, 2 avqust — Sputnik. Beynəlxalq valyuta fondu (BVF) bildirib ki, dünya iqtisadiyyatı son vaxtlar ən kəskin ləngimələrdən biri ilə üzləşə bilər.
Fondun analitikləri hesab edirlər ki, Rusiya qazının Avropaya nəqlinin tam dayandırılması və bundan sonrakı inflyasiya şokları iqtisadi artımın 1970-ci illərdən bəri müşahidə olunan ən pis göstəricilərdən birinə çevrilməsinə gətirib çıxara bilər.
Pandemiyanın nəticələri, inflyasiya və dünyanın mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşməsi BVF-nin proqnozları yenidən nəzərdən keçirməsinə səbəb olan amillərə çevrilib. Nəticədə, dünya iqtisadiyyatının artım proqnozu cari ildə 3,2% – ə, növbəti ildə isə 2,9% - ə endirilib.
Doğrudanmı, dünya iqtisadiyyatında hər şey bu qədər pisdir, biz son 50 ildə ən güclü tənəzzülü müşahidə edəcəyik və bunun Azərbaycan üçün nəticələri necə olacaq?
Ziddiyyətli tendensiyalar
Rusiya hökuməti yanında Maliyyə Universitetinin prorektoru, iqtisad elmləri doktoru Aleksey Zubets deyir ki, bu gün qlobal iqtisadiyyatda iki əks tendensiya formalaşır.
Onlardan biri koronavirus tənəzzülündən sonrakı dirçəliş və 2021-ci illə bağlıdır ki, bu da xüsusən də Rusiya xüsusi əməliyyatı ilə əlaqədar yaranan cari fəsadlar fonunda iqtisadiyyat üçün ən yaxşısı deyil.
"Bununla belə, bütün çətinliklərə baxmayaraq, bütün dünyada bir çox iqtisadi göstəricilər müsbət dinamika nümayiş etdirir. Bu, həm sənaye istehsalının, həm ÜDM-in artımına, həm də digər göstəricilərə aiddir. Yəni, bir tendensiya 2020-2021–ci illər böhranından sonra müsbət, bərpaedici tendensiyadır", - deyə Zubets "Sputnik Azərbaycan"a bildirib.
Digər tərəfdən, iqtisadçı dünyada inflyasiyanın baş verməsini və bunun da Qərbdə ömür boyu pensiya üçün pul yığan adi insanları əməlli-başlı məhv etdiyini, inflyasiya üzündən onların əmanətlərinin bir ildə 15-20% azaldığını dilə gətirib.
"Bir tərəfdən inflyasiya, digər tərəfdən Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələri, bütün bunlar mənfi tendensiyadır. Həqiqətən də yaxın illərdə iqtisadi göstəricilərin kəskin azalmasına gətirib çıxara biləcək şərtlərin yarandığı barədə çox danışırlar", - deyə Zubets bildirib.
İqtisadçı əlavə edib ki, eyni zamanda, statistikaya nəzər salsaq, o zaman görərik ki, bir sıra ölkələrdə iqtisadiyyatda müsbət meyillər neqativlərə nisbətən üstünlük təşkil edir - ümumi daxili məhsulun (ÜDM) artımı, sənaye istehsalının artımı, fond bazarlarındakı tərəqqi müşahidə olunur.
"Və yenə də qlobal bazarda mənfi tendensiyalardan danışarkən unutmamalıyıq ki, əsas çəkindirici amillər, potensial iqtisadi tənəzzül faktorları, ümumiyyətlə, Rusiya Federasiyasının xüsusi əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. İnflyasiya ilə mübarizə aparmaq üçün Amerika Federal Ehtiyat Sistemi (FRS) və Avropa Mərkəzi Bankı beynəlxalq bazarda faiz dərəcələrini qaldıraraq pulun qiymətini artırmağa başlayıblar", - deyə iqtisadçı bildirib.
Ekspert hesab edir ki, məhz bu qərarlar hazırda beynəlxalq maliyyə bazarlarında vəziyyəti pisləşdirə bilər.
"Bu gün ABŞ üçün iqtisadiyyata və ev təsərrüfatlarının büdcələrinə inflyasiya təzyiqi problemini aradan qaldırmaq son dərəcə vacibdir. Bunun üçün pulun dəyərini kəskin şəkildə artırmaq lazımdır. Qısa, lakin dərin şok olacaq və bundan sonra Amerika iqtisadiyyatının bərpası başlayacaq – onlar buna ümid edirlər. Avropa Mərkəzi Bankı da eyni ssenari üzrə hərəkət edib", - deyə Zubets fikrini bildirib.
Tənəzzülün öhdəsindən necə gəlmək olar?
Sputnik Azərbaycan-ın həmsöhbəti vurğulayıb ki, bir tərəfdən 2020-2021-ci illər böhranından sonra iqtisadiyyatın bərpası prosesi gedir. Digər tərəfdən, Mərkəzi Banklar beynəlxalq maliyyəyə güclü təzyiq göstərə biləcək inflyasiya ilə mübarizə aparır.
"Böhranın öhdəsindən böyük itkilərsiz, asanlıqla gəlmək mümkün olacağını deməyə əsas səbəb iqtisadiyyatın bərpa qüvvəsidir. Bu qüvvə də ondan ibarətdir ki, insanlar pul qazanmaq, pul xərcləmək, bu və ya digər mal almaq istəyirlər.
Əhalinin alıcılıq fəallığının artması qlobal iqtisadiyyatı bəzi dərin böhranlardan xilas edəcək dempfer (sakitləşdirici) rolunu oynaya bilər", - deyə Zubets bildirib.
İqtisadçı hesab edir ki, bu gün dünya yolayrıcında yerləşir - bir tərəfdən, ABŞ-ın Amerika Federal Ehtiyat Sistemi (FRS) iqtisadiyyatın vəziyyətinin yaxşı olacağını, hamımız yüngül qorxu ilə canımızı qurtaracağımızı bildirir. Eyni zamanda, bir çox fond birjaları dünyanın dərin bir tənəzzül gözlədiyini iddia edirlər. Üçüncü tərəfdən Avropaya qaz nəqli ilə bağlı enerji problemi var ki, bu da qışda maksimum dərəcədə kəskinləşəcək.
O, insanların pul xərcləməyə, mal və xidmətlər almağa hazır olması səbəbindən qlobal iqtisadi dirçəliş ehtimalını qeyd edib: "Çox güman ki, "Şeytan heç də göründüyü kimi qorxulu deyil" deyən Amerika Mərkəzi Bankı (FRS) haqlıdır.
Azərbaycan və Rusiya Federasiyasının iqtisadiyyatları üçün risklər və faydalar
İqtisadçı bildirir ki, böhran zamanı neftin qiyməti həmişə aşağı düşür - dünya bazarı üçün problem odur ki, bəzi iqtisadi kataklizmlər zamanı kotirovkalar siyasi risklərlə dəstəklənəcək.
"Yəni, dünya enerji bazarında problem gözləntisi həm Rusiya, həm də Azərbaycan üçün faydalı olan neftin qiymətini dəstəkləyə bilər", - deyə Zubets bildirib.
Buna görə də, qiymətli kağızların yenidən buraxılması ilə bağlı adi gərginlikdən və bir tərəfdən Çin-Rusiya qarşıdurması, digər tərəfdən isə kollektiv Qərblə əlaqəli böhrandan ibarət olan siyasi riskləri və ikiqat böhranı nəzərdən keçirməyə dəyər. Ekspert hesab edir ki, bu siyasi toqquşma Rusiya və Azərbaycanın bu böhrandan çıxması üçün şəraiti yaxşılaşdıra bilər.
"Əgər böhran Qərbi Avropada ciddi enerji resursları qıtlığının üzərinə çökərsə, onlar hər şeyi ardıcıl və yüksək qiymətlərlə almağa başlayacaqlar. Bu da qaz və neftin qiymətlərini dəstəkləyəcək və bu da Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək", - deyə iqtisadçı bildirib.
Ciddi tədbirlər görüləcəkmi?
ABŞ və Avropa İttifaqının tənəzzülün qarşısını almaq üçün kəskin tədbirlər görüb-görməyəcəyi sualına münasibət bildirən Zubets bu məsələ ilə bağlı kəskin addımların olmayacağı fikrini bildirib.
"Dünyanın istənilən iqtisadiyyatında "zombi" şirkətlər var ki, onlar kredit hesabına sağ qalırlar. Faiz dərəcələrinin artması onlar üçün kreditləri qeyri-mümkün edir, nəticədə ABŞ və Avropada şirkətlərin, təxminən, 30%-i iflas ərəfəsindədir. Aydındır ki, nə ABŞ-da, nə də Aİ-də hakimiyyət orqanları öz şirkətlərini müflis görmək istəməyəcəklər. Lakin bununla bağlı kəskin tədbirlər görülməyəcək", - deyə mənbə Sputnik Azərbaycan-a bildirib.
Üstəlik, Bayden administrasiyası bu ilin noyabrında keçiriləcək parlament seçkilərini, eləcə də iki ildən sonra keçiriləcək prezident seçkilərini nəzərə alaraq qərarları daha ehtiyatlı qəbul etməlidir, - deyə o əlavə edib.
"Ola bilsin ki, qlobal iqtisadiyyatda vəziyyəti yumşaltmaq üçün tədbirlər görüləcək və biz iqtisadiyyatların ağır uğursuzluğunu və tənəzzülünü görməyəcəyik", - deyə Zubets sözünün yekunlaşdırıb.
TƏHLİL
Qaz ixtilafı: enerji böhranı Aİ-ni məhv edəcəkmi?