SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan Prezidenti Azərbaycanın nazirləri ilə görüşüb

Görüşdə bildirilib ki, iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici işlər naziri Ceyhun Bayramov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevlə görüşüb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özü məlumat verib.
"Qəbulda Prezident İlham Əliyevin salamlarını çatdırdıq. İki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi-ticarət əlaqələrinin, sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, yaradılacaq Birgə İnvestisiya Fondunun qarşılıqlı investisiyaların cəlb edilməsində əhəmiyyəti vurğulandı. İki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaradır", - deyə o, qeyd edib.
Qeyd edək ki, bu gün Daşkənddə üçtərəfli görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan, Türkiyə, Özbəkistan xarici siyasət, iqtisadiyyat və nəqliyyata məsul olan nazirləri Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə aktual duran məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gəliblər.
SİYASƏT
Özbəkistan Azərbaycanın iştirakı ilə yeni multimodal dəhlizin yaradılmasını təklif edib