"Adam yazmaq istəmir hər problemi, sanki yalnız problemlərdən yazıram kimi qələmə verirlər məni. Nə qədər iş görsəm də, yaxşıları unutmasam da, xeyri yoxdur. Bir problemdən yazan kimi, başlayırlar Nura aqressivdir, yox müxalifətçidir, min cür söz danışırlar. Amma yazmasam, sussam olmur. Mənim yaşadığım binanın problemləri bitmir. Hər il yay aylarında günlərlə susuz, işıqsız, il boyu qazsız qalırıq".
"Nə qədər ki, məmurların bəziləri özlərindən başqa heç kəsi düşünməyəcəklər, millətin probleminə biganə qalacaqlar, bizim problemlər heç vaxt həllini tapmayacaq. Yazdığım statuslara görə bir çox qurum tədbirlərə dəvət etməyə çəkinir. Halbuki sənətə gələndən bütün dövlət tədbirlərində təmənnasız oxumuşam (Azərbaycanın bütün bölgələrində). Eybi yox, qoy mənə ziyan olsun, amma susmaq mümkün deyil".