BAKI, 2 avqust — Sputnik. "Türk dünyasının rifahını yüksəldəcək və əlaqələrimizi gücləndirəcək Daşkənd Bəyannaməsini imzaladıq".
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter-də yazıb.
"Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik", - o vurğulayıb.
Qeyd edək ki, bu gün Daşkənddə üçtərəfli görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan, Türkiyə, Özbəkistan xarici siyasət, iqtisadiyyat və nəqliyyata məsul olan nazirləri Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə aktual duran məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gəliblər.