SƏHİYYƏ

Səhər yeməyində hansı qidaları yeməmək daha məsləhətdir

Dietoloq Pisareva səhər yeməyində yarma və sitrus şirələrindən imtina etməyi məsləhət görüb.
Sputnik
BAKI, 1 avqust - Sputnik. Orqanizmi uzun müddət faydalı maddələr və enerji ilə təmin etmək üçün günün ilk yeməyi mümkün qədər faydalı olmalıdır. Bu sözləri həkim-dietoloq İrina Pisareva deyib.
Səhər yeməyində “fast food” (tez hazırlanan) və şəkərli dənli yeməklər yeməmək daha yaxşıdır, onlar mədə-bağırsaq problemlərinə və həzm pozğunluğuna səbəb ola bilər.
“Maya məhsulları, mayalı xəmirdən hazırlanan şəkərli məmulatlar mədədə şişkinliyin yaranmasına səbəb ola bilər. Yağlı ətlər çox gec həzm olunur və bu, səhərlər orqanizm üçün çox böyük yükdür. Meyvələri ən yaxşısı əsas yeməkdən sonra qəlyanaltı kimi qidaya qəbul etmək məsləhətdir", - deyə dietoloq qeyd edib.
Qəhvə və sitrus şirələrindən də imtina etmək lazımdır. Bu içkilər ödün artmasına və ürək yanmasına səbəb ola bilər.
Yumurta, kəsmik, sıyıq və turş süd məhsullar səhər yeməyi üçün mükəmməldir.