BAKI, 1 avqust — Sputnik. Çempionlar Liqasının III təsnifat mərhələsinin Ağdamın «Qarabağ» komandası ilə Macarıstanın "Ferentsvaroş" komandası arasında keçiriləcək matçda anşlaq gözlənilir.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” və "Ferentsvaroş" komandaları arasında baş tutacaq ilk matçın təşkilatçıları qarşıdakı oyuna 20 min biletin satılması barədə hesabat veriblər.
Bakı arenasının tutumu 31 000 tamaşaçıdır.
Matçın əvvəlinə bütün biletlərin satılacağı gözlənilir.
Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrənin “Sürix” klubuna iki görüşün yekununda (3:2, 2:2) qalib gəlib. “Qarabağ” komandası əsas avrokubokun III təsnifat mərhələsinə çıxmaqla UEFA Konfrans Liqasının qrup mərhələsində (futbol klubları arasında üçüncü ən vacib turnir) çıxışını təmin edib.