CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən ay azad edilən ərazilərdə 683 mina aşkarlanıb

Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
QARABAĞ
ANAMA zərərsizləşdirilən hərbi sursatların sayını açıqladı