29-31 iyul tarixlərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə II Milli Yaylaq Festivalı baş tutdu. İkinci dəfə təşkil olunan festival bu il Hacıkənddə yerləşən Xan yaylağını məkan seçib. Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində "Cıdır meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" kimi tematik guşələr fəaliyyət göstərib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev II Milli Yaylaq Festivalı ilə bağlı verdiyi açılamada bildirilib ki, sözügedən festivalda 120 mindən artıq tamaşaçı iştirak edib. O qeyd edib ki, tədbir olduqca geniş kompleksli olub: "Nəzərə almaq lazımdır ki, çox geniş kompleksli bir tədbir idi. Həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə proqramda dəyişikliklər oldu. Amma istənilən halda, Azərbaycanda çox nadir tədbirlərdən biri keçirildi".
İkinci Milli Yaylaq Festivalı
© Sputnik / Shahperi Abbasova
QAeyd edək ki, festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşayıblar.