BAKI, 31 iyul - Sputnik. ABŞ-ın Cons Hopkins Universitetinin məlumatına görə, bazar günü səhər saatlarına dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 576,81 nəfərə çatıb. Bu barədə Rusiya mediası məlumat verir.
Dünyada virusun yayılmasından indiyədək COVID-19 infeksiyasına görə 6 milyon 399 498 nəfər dünyasını dəyişib.
Yoluxma sayı 20 milyondan çox olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
Dünyada baş verən mühüm hadisələrlə bağlı statistik məlumatlar üzrə ixtisaslaşmış "Worldometer" portalının məlumatına görə, bazar günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 823,5 təşkil edib. Hindistanda hər 1 milyon əhaliyə 374 nəfər, Braziliyada 3 146 nəfər, Fransada 2 318 nəfər (30 iyula olan məlumata görə), Almaniyada 1 707nəfər (30 iyula olan məlumata görə), Böyük Britaniyada 2 681 nəfər (28 iyula olan məlumata görə) vəfat edib. ABŞ haqqında isə məlumat verilmir.