BAKI, 30 iyul - Sputnik. Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.
Kişilərdən ibarət yığma ikinci görüşünü Filippin seçməsinə qarşı keçirəcək. Komanda I turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib. "Report"un məlumatına görə, Qadınlar Finlandiyanın müvafiq kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, qadınlardan ibarət yığma ilk qarşılaşmasında Birləşmiş Ərəb Əmirliklərini məğlub edib - 4:0.
II turun görüşləri belə olacaq:
Filippin – Azərbaycan
Mark Paraqua – Rauf Məmmədov
Rocerio Barcenilya – Qədir Hüseynov
Con Pol Qomes – Vasif Durarbəyli
Paulo Bersamina – Nicat Abbasov
Finlandiya – Azərbaycan
Anastasiya Nazarova – Günay Məmmədzadə
Yoanna Paasikanqas – Xanım Balacayeva
Tanya Tuominen – Gülnar Məmmədova
Sarabella Norlamo – Ülviyyə Fətəliyeva
Xatırladaq ki, ötən gün start verilən Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.