İDMAN

Azərbaycan komandaları Şahmat Olimpiadasında mübarizəyə başlayır

Xanım şahmatçılarımız Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarları ilə üz-üzə gələcəklər.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaq.
Kişilərdən ibarət yığma ilk görüşünü Əlcəzair seçməsinə qarşı keçirəcək. "Report"un məlumatına görə, qadınlar isə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq kollektivi ilə üz-üzə gələcək.
Azərbaycan - Əlcəzair
Rauf Məmmədov - Ali Nassr
Qədir Hüseynov - Lamine Brahami
Vasif Durarbəyli - Massinas Cabri
Nicat Abbasov - Xalil Bengerabi
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri
Xanım Balacayeva - Moza Al-Mansuri
Gövhər Beydullayeva - Vafiya Al-Maamari
Gülnar Məmmədova - Aişa Al-Maini
Ülviyyə Fətəliyeva - Essa Ruda
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.