BAKI, 28 iyul — Sputnik. Mövsümlə əlaqədar bazarlarda meyvə-tərəvəzin bahalaşması ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar paylaşılır. Xüsusən də pomidorun çox bahalaşdığı, qiymətinin bəzi yerlərdə 3 manata yaxınlaşdığı qeyd edilir.
Hazırda bazarda vəziyyət necədir? Bunu öyrənmək üçün paytaxtın ən ucuz bazarı hesab edilən 8-ci kilometr bazarına üz tutduq.
Bazarda mövsümü meyvə, giləmeyvələrin qiyməti heç də aşağı deyil. Belə ki, bazarda çiyələyin qiyməti 1 manatdan, qarpızın qiyməti 0.40 manatdan başlayır.
Qışa tədarük üçün mövsümü giləmeyvələr olan qarağatın qiyməti 4.50 manatdan, moruğun qiyməti 4 manatdan, böyütkənin qiyməti isə 3.50 manatdan başlayır.
8-ci kilometr bazarında satış
© Sputnik / Nigar Iskanderova
Gavalının qiyməti isə növündən asılı olaraq 0.70-1.50 manat arasında dəyişir. Üzümün qiyməti 1 manat, ərikin qiyməti isə 3 manatdan başlayır.
Bananın qiyməti 1.50 manatdan başlayır. Kələm 0.50 qəpikdir. Lakin pomidorun qiyməti ötən illə müqayisədə 0.30 manat olmasa da, marketlərdəki qədər də yüksək deyil. Belə ki, adıçəkilən bazarda pomidorun qiməti 0.80, 1 manat, 1.50 manat arasında dəyişir.
8-ci kilometr bazarında satış
© Sputnik / Nigar Iskanderova
Badımcanın bir kiloqramının qiyməti 1 manat, qarğıdalının isə 3 ədədinin qiyməti 1 manatdır.
Ləbləbilərin də qiymətində artım müşahidə edilir. Satıcılar bunu ölkədəki mövcud bahalaşma ilə izah edirlər. Məsələn qozun qiyməti 4 manat deyil, artıq 6-8 manat arasında dəyişir.
Satıcılar deyir ki, həftənin cümə axşamı və cümə günləri istisna olmaqla digər günlərdə daha çox bahalığı müşahidə etmək mümkündür.
8-ci kilometr bazarında satış
© Sputnik / Nigar Iskanderova
Onlar əvvəlki illərlə müqayisədə əhalinin alıcılıq qabiliyyətinin çox aşağı düşdüyünü qeyd edirlər. Bakı kəndlərindən birinini sakini olan Akif dayı deyir ki, öncəki illərdə məhsulunu bazara çıxarıb evə çörək pulu apara bilsə də, indi ancaq qəpik-quruş qazana bilir.
8-ci kilometr bazarında satış
© Sputnik / Nigar Iskanderova
Qeyd edək ki, diqqətimizi çəkən məqamlardan biri də bazarda alıcı qıtlığı olduğundan satıcıların bəzilərinin iş başında yatması, mürgüləməsi, bəzilərinin isə zamanı ötüşdürmək üçün bir-biri ilə söhbət etməsi oldu...