RUSİYA

Rusiya ABŞ-ı neft müharibəsində məğlub edib - "American Thinker"

Şərhçi qeyd edir ki, Rusiya neftinin Səudiyyə Ərəbistanına daha sərfəli qiymətə satıldığını nəzərə alsaq, Brüssel və Vaşinqton öz hərəkətləri ilə sanksiyaların mənasızlığını nümayiş etdiriblər.
Sputnik
BAKI, 27 iyul — Sputnik. ABŞ-ın təşəbbüsü ilə Rusiya neftinə tətbiq edilən sanksiyalar hazırda onların özlərinə qarşı çevrilib. Bunu "American Thinker"in şərhçisi Tomas Lifson öz məqaləsində yazıb.
Köşə yazarının xatırlatdığı kimi, Qərb ölkələri Rusiyadan neft alınmasına embarqo qoyub. Nəticədə resursun maya dəyəri artıb və qıtlıq yaranıb. Lakin müəllifin fikrincə, Brüssel və Vaşinqton öz hərəkətləri ilə sanksiyaların mənasızlığını və səmərəli olmadığını nümayiş etdiriblər. Çünki Rusiya nefti anbarlarda yığılmır, əksinə, məhdudlaşdırıcı tədbirlərin tətbiqindən əvvəl olduğu vaxtdan xeyli baha qiymətə Səudiyyə Ərəbistanına satılır.
Ər-Riyad elektrik enerjisi istehsal etmək üçün Moskvadan xammal alır. Öz dərinliklərindən hasil edilən resursu isə o, Qərbə daha yüksək qiymətə ixrac edir. Lifsonun fikrincə, bu vəziyyətdə qalib məhz Rusiyadır. O, ABŞ və Avropa sanksiyalarını incə bir şəkildə aşır və əhəmiyyətli gəlirlər əldə edir. ABŞ və Avropa isə bahalaşmış Səudiyyə neftini idxal etmək məcburiyyətində qaldıqları üçün yanacaq müharibəsində uduzurlar.
"Kim uduzur? Siz, mən və bütün dünyada - xüsusilə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər təqdim edən ölkələrdəki istehlakçılar. Sanksiyalar, əslində, Baydenin bir çox xarici siyasət təşəbbüsləri kimi səmərəsiz və axmaqdır", — deyə Lifson Amerika oxucularına müraciətini yekunlaşdırıb.