AZƏRBAYCAN XƏBƏRLƏRİ

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

Daxili İşlər Nazirliyinə verilmiş "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin adı və rəhbəri dəyişdirilib.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Bu ay Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilmiş "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin adı və rəhbəri dəyişdirilib. Şirkət bundan sonra "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu" adı altında fəaliyyət göstərəcək.
Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub.
Yeni şirkət 107,7 FM tezliyində fəaliyyət göstərən "Avto FM" radiosunun idarə edilməsi ilə məşğul olacaq.