BAKI, 27 iyul - Sputnik. BMT “məhsul sazişi”nin icrası çərçivəsində İstanbuldakı müştərək koordinasiya mərkəzində özünün müvəqqəti nümayəndəsini təyin edib. Bu barədə brifinqdə BMT sözçünün müavini Fərhan Haq bildirib.
O, qeyd edib ki, “BMT-nin səylərinə yerlərdə rəhbərlik edən” və tərəflərin razılıqların (İstanbulda əldə olunub-red.) həyata keçirilməsi üçün səylərini təşviq edən” Frederik Cey Kenni BMT-nin bu mərkəzdə müvəqqəti nümayəndəsi təyin edilib.
BMT-nin məlumatına görə, Kenni hazırda Londonda Beynəlxalq Dəniz Təşkilatının (IMO) hüquqi və xarici əlaqələr üzrə direktorudur.
Bu vəzifədə o, BMT Baş Katibinə IMO-nun fəaliyyəti ilə bağlı bütün hüquqi məsələlərdə, xüsusilə müqavilə və dəniz hüququna istinadla məsləhətlər verir.
IMO-ya qoşulmazdan əvvəl, tərcümeyi-halından da göründüyü kimi, o, tez-tez müxtəlif strukturlarda ABŞ-ı təmsil edib və onun arxasında ABŞ-da 33 illik hərbi karyerası var. Xüsusilə, Kenni kontr-admiral rütbəsi qazanaraq ABŞ Sahil Mühafizəsinin Baş Müşaviri vəzifəsində çalışıb.
Hərbi xidmətinin 22 ili ərzində Sahil Mühafizəsinin Hakimi vəzifəsində çalışıb, o cümlədən Sahil Mühafizəsinin Dənizçilik və Beynəlxalq Hüquq şöbəsinin rəisi və ABŞ Dövlət Departamentinin Okeanlar İdarəsinə ezam olunub.
O, İMO-nun 12 müxtəlif komitə və alt komitələrində ABŞ nümayəndə heyətinin üzvü, 2009-2011-ci illərdə isə təşkilatın hüquq komitəsində ABŞ nümayəndə heyətinin rəhbəri olub.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.