BAKI, 26 iyul - Sputnik. Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırırıq", - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
Bildirilib ki, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.