İDMAN

Dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları müəyyənləşib

Dörd gün davam edəcək dünya birinciliyində 17 taekvondoçumuz medallar uğrunda mübarizə aparacaqlar.
Sputnik
BAKI, 26 iyul — Sputnik. İyulun 28-də Bolqarıstanın Sofiya şəhərində start götürəcək yeniyetmələr arasında dünya çempionatında ölkəmizi təmsil edəcək taekvondoçular müəyyənləşib.
Federasiyadan bildiriblər ki, 4 gün davam edəcək dünya birinciliyində 17 (10 oğlan və 7 qız) taekvondoçumuz medallar uğrunda mübarizə aparacaqlar.
Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərov Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstəriblər.
Yeniyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq) və Fatimə Həsənova (51 kq) birincilik uğrunda mübarizə aparacaqlar.