DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“SpaceX” növbəti “Starlink” internet peyklərini orbitə buraxmağı planlaşdırır

“SpaceX” indiyədək 2 904 “Starlink” internet peykini kosmosa göndərib. Onlardan bəziləri uğursuz olub və ya orbitdən çıxıb.
Sputnik
BAKI, 25 iyul - Sputnik. Amerikanın “SpaceX” şirkətinin ağır “Falcon 9” raket daşıyıcısı “Starlink” sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital bürcünü doldurmaq üçün 53 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
Peyk buraxılışının Florida ştatındakı Kanaveral burnunda kosmodromun 39A buraxılış kompleksindən həyata keçirilməsi planlaşdırılır.
Bu, “Starlink” layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peykləri qrupunun 54-cü, bu ay isə beşinci buraxılışı olacaq.
“SpaceX” indiyədək 2 904 “Starlink” internet peykini kosmosa göndərib. Onlardan bəziləri uğursuz olub və ya orbitdən çıxıb. Təxminən 2,6 min cihaz orbitdə işlək vəziyyətdə qalır (Report).
Xatırladaq ki, “SpaceX” 2022-ci ildə 2021-ci ildəkindən bir dəfə çox olmaqla 32-ci uğurlu buraxılışını həyata keçirməklə illik rekordunu qırıb.
DÜNYA XƏBƏRLƏRİ
İlon Mask Twitter-i almaqdan imtina edib