BAKI, 24 iyul - Sputnik. Türkiyə Müdafiə Sənayesinin sədri İsmail Dəmir pilotsuz uçuş aparatları (PUA), reaktiv və helikopterlərə qarşı təsirli olan SUNGUR Silah Sisteminin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə (TSK) çatdırdıqlarını bildirib.
Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir bu barədə Twitter hesabında paylaşım edib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə raket sistemi SUNGUR-un platformalardan sonra tək bir əsgərin çiynindən atıla bilinən versiyası əsgərlərin xidmətinə verilib (Report).
Dəmir yazıb:
"İHA, reaktiv və helikopterlərə qarşı təsirli olan SUNGUR Silah Sisteminin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verdik. Uğurlar. SUNGUR Silah Sistemi həmkarlarına nisbətən düşmən elementlərini gözün görə biləcəyindən daha uzun məsafədən silahlara bağlanma fürsəti təqdim edir. O, əks tədbirlərə davamlı olan Görüntüləmə İnfraqırmızı Axtarıcı Başlığı ilə seçilir. Bu sistemin dizaynında, inkişafında və istehsalında əməyi olan hər kəsi təbrik edirəm".