İDMAN

Rusiya və Belarus Şahmat Federasiyalarına qarşı sanksiyaların müddəti uzadılıb

Onlara yalnız Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynamağa icazə verilir.
Sputnik
BAKI, 24 iyul - Sputnik. Rusiya və Belarus Şahmat Federasiyalarına qarşı sanksiyaların müddəti uzadılıb.
Bu barədə Avropa Şahmat İttifaqının (ECU) Baş Assambleyası qərar qəbul edib.
ECU hər iki ölkənin milli komandalarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırıb. Onlara yalnız Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında oynamağa icazə verilir.
Qeyd edək ki, Rusiya tərəfi apreldə Asiya Şahmat Federasiyasına üzv olmaq istədiyini açıqlayıb.