RUSİYA

İstanbuldakı “taxıl sövdələşməsi” ABŞ və AB üçün dərs oldu - avropalı ekspert

Ekspert bildirir ki, Avropa İttifaqı və ABŞ-ın həddindən artıq cəfəng danışıqlara əsaslanan yanaşmaları nəzərəçarpacaq nəticələrə gətirməyib.
Sputnik
BAKI, 23 iyul - Sputnik. Cümə günü Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracında Rusiyanın yardımına dair sənədlərin imzalanması hərbi və enerji məsələləri üzrə danışıqlarda nəzərəçarpacaq nəticə əldə edə bilməyən Aİ və ABŞ üçün dərs oldu. Bu sözləri Brüssel Azad Universitetinin (ULB) professoru Samuel Furfari deyir.
Xatırladaq ki, dünən İstanbulda ixrac üçün Rusiya məhsullarının tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracında Rusiyanın yardımı ilə bağlı sənədlər imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT-nin imzaladığı saziş Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur.
“Bu, əlbəttə ki, əla diplomatik bacarıqlar nümayiş etdirən, çox diqqətlə hər iki tərəfi BMT-nin köməyi ilə İstanbulda separat danışıqlara aparan Türkiyə prezidenti Ərdoğanın mövqeyini gücləndirir. Nəticə oradadır. Bu, Avropa İttifaqı və ABŞ üçün bir dərsdir, onların həddindən artıq cəfəng danışıqlara əsaslanan yanaşmaları nəzərəçarpacaq nəticə vermədi. Hərbi məsələlərdə Emmanuel Makron və ya Səudiyyə Ərəbistanında enerji məsələlərində Co Baydenin yanaşmalarını yada salın", - deyə professor Rusiya KİV-lərindən birinə müsahibəsində bildirib.
Brüssel Azad Universitetinin professorunun sözlərinə görə, Türkiyə və BMT “razılaşmaq üçün çox daha səmərəli işləyə bildilər”.
Furfarinin fikrincə, “Taxıl sövdələşməsi”nin imzalanması dünya bazarlarında gərginliyi azaldacaq, Yaxın Şərq və Afrikada aclıqdan qaçmağa imkan verəcək.
SİYASƏT
Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır - XİN