BAKI, 23 iyul - Sputnik. İranın Fars əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. İRNA agentliyinin məlumatına görə, ümumilikdə hadisədən zərərçəkmişlərin sayı 55 nəfərdir.
Da.qın nəticəsində 13 nəfərin itkin düşdüyünü bildirilib. İlkin olaraq 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yerli hakimiyyət orqanları ölən və yaralananların sayının arta biləcəyini istisna etmir.
Xatırladaq ki, cümə günü axşam saatlarında Fars əyalətində yağan güclü yağışlar nəticəsində daşqınlar baş verib. Hadisədən ən çox zərər çəkən ərazi Estehbanat şəhərinin kənarlarıdır.