BAKI, 23 iyul - Sputnik. İsti hava şəraiti ilə əlaqədar olaraq Moskva metrosunun səkkiz stansiyasında sərnişinlərə su paylanacaq. Bu barədə Moskva Nəqliyyat Departamentinin Teleqram kanalı xəbər verir.
"Yayın istiləri yenidən Moskvaya qayıdıb. Sərnişinlərin belə havaya dözməsini asanlaşdırmaq üçün biz səkkiz metro stansiyasının foyelərində su paylamağa başladıq: Texnopark, Kutuzovskaya, Fili, Filevski parkı, Pionerskaya, Baqrationovskaya, "Studentçeskaya", " Vıxino”. Biz temperaturu izləyirik, zərurət yaranarsa, stansiyaların siyahısına düzəlişlər ediləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əlavə, Mərkəzi Şəhərətrafı Sərnişin Şirkəti (MŞSŞ) daşıyıcısı tərəfindən həmçinin mərkəzi stansiyalarda və böyük dəmir yolu stansiyalarında da içməli su paylanır.