HADİSƏ

Yevlaxda gənc qız itkin düşüb

Rayon sakini A.Nəbiyev Rayon Polis Şöbəsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib
Sputnik
BAKI, 21 iyul — Sputnik. Yevlax rayon sakini A.Nəbiyev rayon Polis Şöbəsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, itkin düşən 21 yaşlı Zəhra Tağıyevanın yeri barədə məlumatı olan şəxslərdən Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 nömrəsi, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
CƏMİYYƏT
İtkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itlər cəlb edilib