BAKI, 21 iyul — Sputnik. ABŞ-da yanacağa tələbatın zəifləməsi neft bazarlarına mənfi təsir göstərib. Aşağı tələb proqnozu səbəbindən neft yenidən kritik həddən aşağı düşüb.
ABŞ xam nefti 100 dollardan, "Brent" markalı neft də 107 dollardan aşağı düşüb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,26% artaraq 120,53 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.