DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aclıq dünyanı bürüyə bilər - BMT

Təşkilat nümayəndəsi hesab edir ki, gələn il bu baxımdan indiki ildən çox pis ola bilər.
Sputnik
BAKI, 21 iyul — Sputnik. Birləşmiş Millətlər Təşkilatı bütün planetdə aclığın olacağını proqnozlaşdırır. Bunu RİA Novosti yazır.
BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli bildirib ki, dünya ictimaiyyəti hazırkı ərzaq böhranına məhəl qoymasa, kütləvi aclıq, siyasi sabitlik və nəzarətsiz miqrasiya ilə üzləşmək riski var.
"Biz artıq görünməmiş böhranla üz-üzəyik. Onunla strateji və effektiv şəkildə mübarizə aparmasaq, kütləvi qıtlıq, onlarla ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik", – deyə Bizli sözünə davam edib.
BMT-nin nümayəndəsi xəbərdarlıq edib ki, gələn il bu baxımdan indikindən xeyli pis ola bilər. O, həmçinin, dünya birliyinin növbəti 6-12 ay ərzində ərzaq qiymətlərinin artması səbəbindən çətinlik çəkəcəyini də ehtimal edib. Bundan sonra problemi həll etmək mümkün olmasa, dünya ərzaq qıtlığı ilə üzləşə bilər.
Bizlinin sözlərinə görə, vəziyyət digər məsələlərlə yanaşı, Rusiya Federasiyası və Belarusdan dünya bazarlarına gübrələrin tədarükünə qoyulan məhdudiyyətlərə görə gərginləşib.
RUSİYA
FAO: Rusiya aclıq təhlükəsi ilə üz-üzə deyil