BAKI, 18 iyul — Sputnik. Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycana səfərə gəlib.
Bu barədə Avropa Komissiyasının rəhbəri "Twitter"də yazıb.
"Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycana yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq", - deyə o bildirib.
Xatırladaq ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün bazar ertəsi Bakıya gələcəyi ilə bağlı məlumat verilmişdi. Onlar xüsusən Xəzər qazının Rusiyadan yan keçməklə Avropaya tədarükü ilə bağlı danışıqlar aparacaqlar.
AK prezidenti fon der Lyayen və Avropa komissarı Simson Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər. Simson Aİ ilə Azərbaycanın arasındakı enerji dialoqunda iştirak edəcək. Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov rəhbərlik edəcək.