RUSİYA

Putin və Ərdoğan regional təhlükəsizliyə dair məsələləri müzakirə edəcəklər - Yenilənib

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov RF prezidenti Vladimir Putinin iyulun 19-da Tehrana səfər edəcəyini bildirib.
Sputnik
BAKI, 17 iyul - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-19-da İrana planlaşdırılan səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli danışıqlar aparacağını gözləyir. Bu barədə Rusiya KİV-ləri Türkiyə liderinin ofisinə istinadən məlumat yayıb.
Bir qədər əvvəl xəbər verildiyi kimi, Kreml Rusiya prezidenti Vladimir Putinin iyulun 19-da Tehrana gedəcəyini təsdiqləyib.
O, burada İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək.
R.T.Ərdoğanın ofisindən bildirilib ki, səfər çərçivəsində iyulun 19-da Türkiyə və İran arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclası keçiriləcək və bu iclasda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində addımlar atılacaq:
"Danışıqlarda ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlərin də müzakirəsi planlaşdırılır. Həmin gün Prezidentimiz İran prezidenti İbrahim Rəisinin sədrliyi ilə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Astana formatının yeddinci sammitində iştirak edəcək".
Daha sonra bildirilir ki, sammitdə Suriyadakı vəziyyət, regionun təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, əsasən Kürdüstan Fəhlə Partiyası, İslam Dövlətinə* qarşı mübarizə ilə bağlı siyasi məsləhətləşmələr aparılacaq.
"Bundan əlavə, humanitar vəziyyət, suriyalı qaçqınların vətənlərinə könüllü qayıtması probleminin siyasi həllinə yönəlmiş səylər müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
"Prezident rusiyalı həmkarı ilə ikitərəfli görüş keçirməyi planlaşdırır", - deyə türkiyə Prezidentinin ofisindən qeyd olunub.
RUSİYA
Putin Tehranda Rəisi və Ərdoğanla üçtərəfli sammitdə iştirak edəcək - Peskov
* Rusiya Federasiyasında fəaliyyəti qadağan olunub.