SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər

Prezident İlham Əliyevin fikrincə, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın.
Sputnik
BAKI, 15 iyul - Sputnik. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
Bunun nazirlər arasında ilk görüş olacağını vurğulayan Prezident, görüşün nəticələrinin olacağına ümid etdiyini bildirib.
"Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir", - İlham Əliyev deyib.
O, bu görüşün yaxşı nəticələrinin ola biləcəyinə ümid etdiyini bildirib:
"Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər".
SİYASƏT
Ermənistan Üçtərəfli Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırır - İlham Əliyev