RUSİYA

Zaxarova: "Boltonun bunu etiraf etməsi beynəlxalq araşdırma üçün fakta çevriləcək"

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton CNN-ə müsahibəsində başqa ölkələrdə çevrilişlər planlaşdırmağa kömək etdiyini etiraf edib.
Sputnik
BAKI, 14 iyul — Sputnik. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun xaricdə dövlət çevrilişlərinin təşkilində iştirakı ilə bağlı açıqlamaları əlavə araşdırma tələb edir, onun bunu etiraf etməsi beynəlxalq araşdırma üçün fakta çevriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bu, beynəlxalq araşdırma üçün faktdır", - diplomat çərşənbə günü öz "Telegram" kanalında yazıb.
Belə ki, Bolton çərşənbə axşamı CNN-ə müsahibəsində başqa ölkələrdə çevrilişlər planlaşdırmağa kömək etdiyini etiraf edib.
"Belə yüksək vəzifələrdə çalışan və Birləşmiş Ştatların xarici siyasətinə birbaşa cavabdeh olan bir şəxsin başqa ölkələrdə dövlət çevrilişi planlaşdırdığını açıq mətnlə deməsini xatırlamıram", - deyə Zaxarova bildirib.
Zaxarova vurğulayıb ki, keçmiş müşavirin açıqlamaları əlavə araşdırma tələb edir.
"ABŞ-ın dünyanın başqa hansı bölgələrində dövlət çevrilişi planlaşdırdığını bilmək vacibdir", - diplomat əlavə edib.
Bundan əvvəl Bolton xaricdə dövlət çevrilişlərinin hazırlanmasında iştirak etdiyini bildirmişdi. "Dövlət çevrilişinin planlaşdırılmasına burada (ABŞ-da - TASS) deyil, bildiyiniz kimi, başqa yerlərdə kömək etmiş bir şəxs kimi demək istəyirəm ki, bu, ədalətli işdir", - o 2021-ci ilin yanvarında Tramp tərəfdarları tərəfindən Kapitola hücumu şərh edərkən deyib.