FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yer kürəsinin sakinləri "Super Ay"ı müşahidə ediblər

Yer və onun təbii peyki bir-birinə maksimum yaxın olub.
Sputnik
BAKI, 14 iyul — Sputnik. Yerlə Ay arasındakı məsafənin il ərzində ən minimuma endiyi günlərdə baş verən "Super Ay" hadisəsi iyulun 13-də baş verib. Belə ki, Yerin təbii peyki ona 357 263 km-ə qədər yaxınlaşıb. Bu, 2022-ci ildə müşahidə olunan ən yaxın məsafədir.
Gecəyarısına yaxın Ay cənub üfüqündən maksimum yüksəkliyə çatıb. Günəş doğana qədər bütün gecə Super Ay Oxatan bürcündə parlayıb.
Super Ay perigey və tam Ayın birləşməsidir, aralarındakı vaxt intervalı üç günü keçmir. Bu hadisələrin üst-üstə düşməsi hər il baş verir, lakin onlar nadir hallarda vaxt baxımından yaxın olurlar (9 saatdan az).
1 / 12

Tam Ay Rusiyanın Sankt-Peterburq şəhərindən 70 km şərqdə, Putilovo kəndində fərdi evin üzərindən yüksəlir.

2 / 12

Ay 13 iyul 2022-ci ildə İraqın paytaxtı Bağdadın mərkəzində Kral I Feysəlin heykəlinin üzərindən yüksəlir.

3 / 12

Ay Qüdsün köhnə şəhərindəki kilsədə xaçın arxasında yüksəlir.

4 / 12

Ay Misirin Xefren piramidasının üzərindən yüksəlir.

5 / 12

ABŞ-ın Miluoki şəhərində quş tam Ayın qarşısında uçur, 13 iyul 2022-ci il.

6 / 12

Ay İtaliyanın Milan şəhərində gecə işıqlarının arasından doğur.

7 / 12

Tam Ay İraqın paytaxtı Bağdad üzərindən yüksəlir.

8 / 12

Super Ay Türkiyənin Mersin şəhərindəki cənub sahilində yerləşən yaşayış kompleksinin qarşısında, Aralıq dənizi üzərindən yüksəlir.

9 / 12

Suriyanın İdlib əyalətinin Əl-Nayrab yaxınlığında tərk edilmiş uşaq əyləncə parkında tam Ay və dönmə çarxı.

10 / 12

İtaliyada Super Ay. Milanda "Cənab Arbitrium" heykəlinin üzərindən yüksələn Ay.

11 / 12

Ay Kiprin paytaxtı Nikosiyada tikilməkdə olan binanın arxasından doğur.

12 / 12

Ay Aralıq dənizinin cənub sahilində Kiprin Larnaka şəhərindəki yaxtada dincələn insanların üzərindən yüksəlir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.