BAKI, 11 iyul - Sputnik. Türkiyənin "Fənərbağça" klubu futbolçusu Mesut Özillə yollarını ayırıb.
"Report" istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, təcrübəli oyunçu 2021-ci ilin yanvarında İstanbul təmsilçisi ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.