BAKI, 11 iyul - Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bazar ertəsi baş tutmuş telefon danışığı zamanı Suriyadakı vəziyyəti və "taxıl məsələsi"nin həllini müzakirə ediblər. Bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.
"Prezident Rəsəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Danışıq zamanı Suriyadakı vəziyyət, həmçinin Ukrayna hadisələri və Qara dənizdə taxılın ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması müzakirə olunub", - dəftərxanadan bildirilib.