BAKI, 8 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, istefa verdiyini açıqlayan Böyük Britaniyanın Baş naziri Boris Conson ilk növbədə öz siyasi karyerası naminə hakimiyyətdən yapışan bir insandır. Bu barədə TASS məlumat verir.
"Boris Conson baş nazir, hətta xarici işlər naziri kimi bütün fəaliyyəti ilə sübut edib ki, xarici təsirlərin arxasınca qaçan, siyasi karyerasını yüksəltmək üçün hər cür hakimiyyətə tutunan şəxsdir", - deyə Lavrov G20 xarici işlər nazirlərinin sammiti çərçivəsində keçirilən mətbuat konfransında qeyd edib.
Bu yaxınlarda Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib ki, Moskva Böyük Britaniyanın yeni baş nazirini görmək istəyir.
Xatırladaq ki, ötən gün Boris Conson özəl klubda sərxoş halda dava salmış himayədarı Kristofer Pinçerlə qalmaqal və məmurların kütləvi istefaları ərəfəsində xalqa müraciət edərək baş nazir və mühafizəkarların lideri vəzifəsini tərk etmək qərarını açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.