BAKI, 8 iyul — Sputnik. "Azərsu" Açıq Səhimdar Cəmiyyəti Qurban Bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə "Azərsu" ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə heç bir planlı fasilə olmayacaq, qəza xidmətləri, 955 Zəng Mərkəzi fasiləsiz fəaliyyət göstərəcək.
İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 "Whatsapp" nömrəsi və sosial şəbəkə vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.
Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və texniki tədbirlər görüləcək.
Qeyd edək ki, iyulun 9-10-u Qurban bayramıdır. Bayram günləri qeyri-iş günlərinə təsadüf etdiyindən 11 və 12 iyul da istirahət günləri sayılacaq.