RUSİYA

Rusiyalı nazir: "İstehlak bazarında vəziyyət yaxşılaşıb, idxalın həcmi artıb"

Rusiya İqtisadi İnkişaf Nazirliyinin rəhbəri bildirib ki, ölkədə istehlak bazarında vəziyyət yaxşılaşıb, idxalın həcmi artıb.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Rusiya iqtisadiyyatında vəziyyət ilkin gözləntilərdən daha yaxşı istiqamətdə inkişaf edir. "İnterfaks" yazır ki, bunu İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov Volqa Federal Dairə Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə istehlak bazarında vəziyyət yaxşılaşıb, idxalın həcmi artıb. Zəif tələbat əsas problem olaraq qalır.
"İyunun son həftəsində kassa aparatının dövriyyəsi ilk dəfə fevral ayı dəyərlərinə qayıtdı. Lakin stabilləşmədən danışmaq hələ tezdir. Real olaraq kassa aparatının dövriyyəsi geridə qalır", - deyə nazir vurğulayıb.
Reşetnikov qeyd edib ki, iyun ayında artım əsasən mövsümi turizm hesabına təmin edilib - uşaqlar üçün tətillər və yay tətilləri başlayıb. İdxalın dəstəklənməsi istiqamətində görülən tədbirlər nəticəsində xaricə mal satışı artıb, lakin həcmlər hələ də aşağı səviyyədədir.
İqtisadi İnkişaf Nazirliyinin rəhbəri bildirib ki, bu həftə nominal ifadədə iyunun sonunda rusların istehlak səviyyəsi geri qayıdıb və hətta 2022-ci ilin fevral ayı səviyyəsini bir qədər üstələyib. Bununla belə, onun sözlərinə görə, bazarın stabilləşməsindən danışmaq hələ tezdir.
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
RUSİYA
FAO: Rusiya aclıq təhlükəsi ilə üz-üzə deyil