SƏHİYYƏ

Avropaya kabus yenidən dönüb

Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavaleri bildirib ki, Avropanın bir sıra ölkələrini SARS-CoV-2 koronavirusunun yeni dalğası bürüyüb.
Sputnik
BAKI, 7 iyul - Sputnik. Avropanın bir sıra ölkələrini SARS-CoV-2 koronavirusunun yeni dalğası bürüyüb.
Bunu Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavaleri bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasına son dərəcə yoluxucu olan "omikron" ştamının - BA.4 və BA.5 alt növləri səbəb olur.
"Avropa ölkələrində BA.4 və BA.5 variantlarının dominant olacağı gözlənilir və çox güman ki, iyulun sonuna kimi bütün digər variantları sıxışdıracaq", - Kavaleri bildirib.
Mütəxəssisin sözlərinə görə, hazırda "omikron" ştamının bu yarımtiplərinin ağır xəstəlik riskinin artmasına dair heç bir sübut yoxdur, lakin yaşlılar arasında yoluxma hallarının sayı artır ki, bu da ağırlaşmaya səbəb olur (Report).
SƏHİYYƏ
Koronavirus dünyada ən çox hansı ölkələrə ziyan vurub?