RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov terror təhlükəsi səviyyəsi ilə bağlı danışdı

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, təhlükə səviyyəsi indiki məqama uyğun olaraq müəyyən edilib.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Rusiyanın bir sıra sərhəd rayonlarında terror təhlükəsi səviyyəsinin artırılması indiki vəziyyətə uyğundur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Bundan əvvəl Rusiyanın Ukrayna ilə həmsərhəd olan bir sıra vilayətlərində terror təhlükəsinin "sarı" səviyyəsinin müddəti uzadılıb. Bu müddət Belqorod vilayətində iyulun 9-da, o cümlədən Krımın bəzi rayonlarında iyulun 10-dək, həmçinin Bryansk və Kursk vilayətlərində iyulun 8-dək uzadılıb.
"Təhlükə səviyyəsi indiki məqama uyğun olaraq müəyyən edilib. Səviyyə indiki məqama uyğundur", - Peskov daha yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin tətbiqi üçün əsasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.